Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Qlobal mobil telefonlar bazarında durğunluq gözlənilir


“Gartner”in analitikləri yaxın bir neçə ildə qlobal mobil telefon bazarında durğunluq olacağını proqnozlaşdırırlar. Gözləntilərə görə, 2019-cu ildə qurğuların tədarük həcmi 0,5% azalaraq 1,8 milyard təşkil edəcək.
 
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, 2020-ci ildə sözügedən bazarda qısa müddətə müsbət dinamika qeydə alınacaq: mobil telefonların qlobal tədarük həcmi 1,2% artaraq 1,82 milyard olacaq. Ancaq 2021-ci ildə bu göstərici yenidən 1,8 milyarda düşəcək.
 
Mütəxəssislərin gözləntilərinə görə, 2023-cü ilədək telefonlardan orta istifadə müddəti 2,8 ilədək artacaq.
 
Emil Hüseynov






09/04/19    Çap et