“Microsoft” korporasiyası "təhlükəsiz xaricetmə" düyməsinə sıxmadan fləş kartı çıxartmağa imkan verib
“Windows 10” sisteminin istifadəçiləri "təhlükəsiz xaricetmə" düyməsinə sıxmadan kənar daşıyıcıları çıxara bilərlər.
“ICTnews” Elektron Xəbər Xidməti “
lenta.ru” saytına istinadən yazır ki, əməliyyat sisteminin 1809 nömrəli (2018-ci ilin oktyabrında çıxarılıb) yenilənməsində "sürətli xaricetmə" funksiyası əlçatan olub. Bu funksiya qurğuları qəfildən çıxararkən fləş kart və kənar sərt disklərin zədələnməsinin qarşısını alır.
Emil Hüseynov