Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

TASİM-in işə salınması tarixi məlum olub


TASİM-in işçi qrupunun rəhbəri İlyas Nayıbovun sözlərinə görə, Trans-Avrasiya Super İnformasiya Magistralının 2013-cü ilin ortalarınadək reallaşdırılması gözlənilir. Onun sözlərinə görə, Xəzər dənizinin dibindən keçəcək optik-lif kabel magistralının tikintisi ilə bağlı işlərin həyata keçirilməsi nəzərdə tutulub.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Beynəlxalq Əlaqələr və Ödəmələr üzrə Mərkəzi ilə Qazaxıstanın “KazTransCom” şirkəti arasında imzalanmış müqaviləyə əsasən, tərəflər kabel magistralının tikintisi ilə bağlı xərcləri bərabər nisbətdə ödəyəcəklər.

“Kabel magistralının Xəzər seqmenti TASİM layihəsinin vacib və tərkib hissəsidir, çünki magistralın işə salınması layihənin icra olunmasından asılıdır. Xəzər seqmentinin tikintisi ilə bağlı tədqiqat işləri 2012-ci ilin ortasında başlanmalıdır”, - deyə Naibov qeyd edib.




11/11/11    Çap et