Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Samsung” şirkəti “Galaxy J” istehsal xəttini ləğv edib
Cənubi Koreya şirkəti digər smartfon istehsal xəttinin (Galaxy A) fəaliyyətini genişləndirəcək. Bu modellər daha rəqabətə davamlı olmalıdır.
“ICTnews” Elektron Xəbər Xidməti “life.ru” saytına istinadən yazır ki, “Samsung” şirkəti daha “Galaxy J” istehsal xəttinə aid ucuz smartfonlar istehsal etməyəcək, əvəzində “Galaxy A” qurğuları təqdim ediləcək. “YouTube” kanalında yerləşdirilmiş reklam çarxı bunu təsdiq edir.