Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Smartfonlarda yeni funksiyalar istifadəçilərə maraqlı deyil


“App Charts” və “App Appie” analitik şirkətinin məlumatları əsasında “Kleiner Perkins Caulfield & Byers” vençur fondunun baş partnyoru Erik Fenq tərəfindən keçirilmiş araşdırma zamanı məlum olub ki, insanlar köhnə yoxlanılmış mobil proqramları yükləməyə üstünlük verirlər. Yeni funksiya ilə təchiz edilmiş yeni proqramlar onlara maraqsızdır.
 
“ICTnews” Elektron Xəbər Xidməti “ferra.ru” saytına istinadən yazır ki, Fenq iddia edir ki, istifadəçilər yeni proqramlarla müqayisədə artıq 5 il mövcud olan proqramları tez-tez yükləyirlər. Bu, oyunlardan başqa bütün mobil proqram növlərinə aiddir.
 
Emil Hüseynov






10/04/19    Çap et