Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Twitter”in marketinq bölməsi başsız qalıb


“Twitter”i daha bir yüksək vəzifəli top-menecer tərk edib. Bu dəfə öz postunu marketinq üzrə vitse-prezident Pem Kramer tərk edib.

Bu barədə “Bloomberg” agentliyi xəbər verib. Kramer cari ilin iyul ayında marketinq üzrə vitse-prezident vəzifəsinə gəlib və şirkətdə 3 aydan az işləyib.

Bundan əvvəl o, “E*Trade Financial” şirkətində marketinq üzrə direktor işləyib. Qeyd edək ki, 1-2 gün əvvəl şirkəti, həmçinin ictimai əlaqələr üzrə mikrobloqlar xidmətinin rəhbəri Şon Harrett tərk edib. Keçən ay isə şirkəti istehsal üzrə vitse-prezident Mayk Ebbot tərk edib.




11/11/11    Çap et