Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Samsung” şirkəti “Galaxy A70” smartfonunu təqdim edib


"Samsung Electronics" şirkəti fırlanan kameralı "Galaxy A80" smartfonundan başqa həm də "Galaxy A70" aparatını təqdim edib.
 
"ICTnews" Elektron Xəbər Xidməti "ferra.ru" saytına istinadən yazır ki, "Samsung Galaxy A70" smartfonu 2400x1080 piksel təsvir ölçülü 6,7 düymlük ekran, ekrana inteqrasiya edilmiş barmaq izi skaneri, 32 meqapiksellik "selfi" kamera, 32+8+5 meqapiksellik üç qat əsas kamera, "Snapdragon 665" prosessoru, 6 QB əməli və 128 QB daxili fləş yaddaş,  25 vatt gücündə sürətli enerjidoldurma texnologiyasına malik 4500 milliamper/saat tutumunda akkumulyatorla təchiz edilib.
 
Smartfon "Android 9.0 Pie" əməliyyat sisteminin idarəetməsi altında işləyir. Cihazın ölçüsü 164,3x76,7x7,9 mm təşkil edir.
 
Emil Hüseynov






11/04/19    Çap et