Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Rusiya və Estoniyanın kibercinayətkar qruplaşması həbs edilib
ABŞ hüquq-mühafizə orqanları internet-fırıldaqçılıq və ziyanverici proqramların yayılmasında şübhəli bilinən 6 eston və 1 rus vətəndaşına qarşı ittiham irəli sürüb.
Kibercinayətkar qruplaşmanın 2007-ci ildən cari ilin oktyabr ayına kimi fəaliyyət göstərdiyi bildirilib. Bu vaxt ərzində onlar 100 ölkədə 4 milyondan çox kompyuteri yoluxdurublar. ABŞ-da təxminən 500 min fərdi kompyuter yoluxub.
Yoluxmuş sistemlərin istifadəçiləri ziyanverici saytlara yönləndiriliblər; bundan əlavə onlar qanuni resurslarda reklam elanlarını dəyişdiriblər.
Qruplaşma cinayətkar fəaliyyət nəticəsində təxminən 14 milyon dollar qazanıb. Əgər fırıldaqçıların günahı sübut edilsə, onları 5 ildən 30 ilə kimi həbs müddəti gözləyir.
11/11/11 Çap et