Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Kompüter bazarında lider dəyişilib


“Gartner” şirkətinin məlumatına görə, fərdi kompüter bazarında lider dəyişilib. “HP Inc.” şirkətini geridə qoymuş “Lenovo” birinci pillənin sahibi olub.

 

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, analitik şirkətin qiymətləndirməsinə görə, 2019-cu ilin birinci rübündə “Lenovo” şirkəti 13,2 milyon masaüstü fərdi kompüter və noutbuk tədarük edib ki, bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 7% daha çoxdur. Çin şirkətinin bazar payı 22,5% təşkil edib. “HP Inc.” şirkətində bu göstərici 21.9% təşkil edir.

 

“HP Inc.” şirkəti masaüstü kompüter satışının artması nəticəsində kompüter tədarükünü 0.8% artırıb.

 

Dünyanın ən böyük fərdi kompüter istehsalçıları siyahısında üçüncü yerdə qərarlaşmış “Dell” şirkəti 5 rüb ardıcıl olaraq bu qurğuların satış həcmini artırır. 2019-cu ilin yanvar-martında artım 1,5% təşkil edib.

 

Emil Hüseynov






11/04/19    Çap et