Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google Docs” xidməti “Microsoft Office” fayllarını birbaşa dəstəkləyəcək


“Google Docs” xidməti “Microsoft Office”də tərtib edilmiş faylları dəstəkləyəcək. Bu o deməkdir ki, veb-xidmətin istifadəçiləri “Word”, “Excel” və “PowerPoint” sənədlərini ilkin konvertasiya olmadan birbaşa redaktə edə biləcəklər.

 

“ICTnews” Elektron Xəbər Xidməti “hitech.vesti.ru” saytına istinadən yazır ki, “Google Docs” tərəfindən dəstəklənən fayl tiplərinin tam siyahısı aşağıdakı kimidir: “Word” üçün .doc, .docx və .dot, Excel üçün .xls, .xlsx, .xlsm (makros dəstəyi) və xlt, “PowerPoint” üçün .ppt, .pptx, .pps və .pot.

 

İlk olaraq “G Suite” ofis proqramları onlayn paketinin korporativ abunəçiləri yenilikdən istifadə etmək imkanına malik olacaqlar. Adi istifadəçilər üçün sözügedən funksiya daha sonra əlçatan olacaq.

 

Emil Hüseynov






12/04/19    Çap et