Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Huawei” şirkəti “Matebook E 2019” noutbukunun yeni versiyasını təqdim edib


Şanxayda keçirilmiş konfransda Çinin "Huawei" şirkəti "MateBook E 2019" adlı yeni noutbuk-planşetini təqdim edib. Qurğu "Windows 10" sisteminin idarəetməsi altında işləyir. Bu modelin əvvəlkindən əsas fərqi odur ki, onda "Intel" prosessoru deyil, ABŞ-ın "Qualcomm" şirkətinin "Snapdragon 850" prosessoru quraşdırılıb.

 

"ICTnews" Elektron Xəbər Xidməti "naked-science.ru" saytına istinadən yazır ki, öz xüsusiyyətlərinə görə planşet "iPad Pro" və "Microsoft Surface" arasında bir mövqe tutur. Cihaz 110 və ya 160 dərəcəlik bucaq altında tənzimlənən daxili altlığa malikdir, planşet və kompüter rejimində iş üçün əlçatandır, "Snapdragon 850" prosessoru sayəsində həmişə LTE şəbəkəsinə qoşuludur. Bundan başqa, həmçinin "eSIM" texnologiyası dəstəklənir və barmaq izi skaneri var.

 

"MateBook E 2019" qurğusu "4G LTE", "Wi-Fi-I" (802.11ac, 4×4 MIMO) və "Bluetooth 4.1" texnologiyalarını dəstəkləyir. Planşet 2160x1440 təsvir ölçülü 12 düym diaqonallı sensor ekran, 13 və 5 meqapiksellik kameralarla təchiz edilib.

 

Emil Hüseynov






13/04/19    Çap et