Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

11.11.11


Çində "mistik" 11.11.2011 tarixi ilə bağlı asfalt üzərində “3D” effektlə olan nəhəng təsvir yaradıblar. Bu təsvir “Ginnesin rekordlar kitabı”na daxil olub. Şanxay ticarət mərkəzlərindən birinin reklamı olan bu şəklin sahəsi 1111 kvadratmetr təşkil edir.

Bugünkü tarix digər ölkələrdə də qeyd olunur. Məsələn, ABŞ-da noyabr ayının 11-də saat 11:11-də “Motorola Droid RAZR” flaqman smartfonunun satışları başlayır. “Twitter”də isə “Happy 11/11/11” ifadəsi dünya trendlərinə çıxıb.




11/11/11    Çap et