Sinqapur Mülki Aviasiya İdarəsi (CAAS) 2019-cu ildə hava taksisini sınaqdan keçirməyi planlaşdırır.
“ICTnews” Elektron Xəbər Xidməti “life.ru” saytına istinadən yazır ki, məlumata görə, hava taksisi avtomobil ölçüsündə kiçik uçan aparat formasında hazırlanıb. Hava nəqliyyatı saatda 160 km-dən çox məsafə qət edə biləcək.
Uçuş və yerə enmə vertikal vəziyyətdə həyata keçiriləcək. İdarəetmə məsafədən və ya tamamilə avtonom həyata keçirilir.
Emil Hüseynov