ABŞ-ın “Microsoft” korporasiyasının məlumatına görə, hakerlər 2019-cu ilin əvvəlindən “Outlook” poçt kliyentinin bəzi istifadəçilərinin hesabına giriş əldə etmək imkanına malik olublar. Bu haqda “TechCrunch” portalı məlumat verib.
“ICTnews” Elektron Xəbər Xidməti “iz.ru” saytına istinadən yazır ki, ilkin məlumatlara görə, hakerlər qovluqların adına, mesajların başlıqlarına və istifadəçilərin qarşılıqlı əlaqədə olduğu insanların elektron ünvanına müdaxilə ediblər.
Amma hakerlər məktubların məzmununa müdaxilə etməyə müvəffəq olmayıblar.
Emil Hüseynov