İsrailin Tel-Əviv Universitetinin alimləri üçölçülü printer vasitəsilə insan toxumasından ibarət ürək çap ediblər.
"ICTnews" Elektron Xəbər Xidməti "Ferra" resursuna istinadən yazır ki, "3D" printer döyünən ürək yaratmaq üçün həqiqi insan hüceyrələrindən istifadə edib. Alimlər tərəfindən çap edilən 2,5 sm ölçülü bir neçə ürəyi dovşanlara köçürmək mümkündür.
Canlı ürəyin çap sürəti təxminən 3,5 saat təşkil etməklə yüksək deyil. Universitetin məlumatına görə, alimlər tibdə böyük irəliləyişə nail olublar. Onların sözlərinə görə, gələcəkdə bu texnologiya çoxlu insan həyatı xilas edə bilər.
Yaxın onilliklər ərzində xəstələrin transplantasiya üçün növbə gözləmədən özlərinə uyğun orqan əldə edə biləcəkləri gözlənilir.
Nizam Nuriyev