Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Milli Net 2011 üçün qeydiyyat prosesi davam edir
Milli Net 2011 Təşkilat Komitəsinin toplantısı keçirilib. Toplantıda Müsabiqənin gedişi ilə bağlı məslə müzakirə edilib.
Müzakirələrdə Müsabiqə ilə bağlı işlərin nəzərdə tutulmuş fəaliyyət planı əsasında davam etdiyi, qeydiyyat prosesinin başa çatmasına az bir müddət qaldığı bildirilib. Hazırda qeydiyyat davam edir və Müsabiqəyə təqdim olunan saytlara şərhlər yazmaqla iştirakçılar öz münasibətlərini açıqlayırlar.
Təşkilat Komitəsi bildirir ki, Milli Net 2011 başlanandan indiyədək 1500 nəfərdən çox iştirakçı qeydiyyatdan keçmiş, 300-dən çox sayt Müsabiqəyə təqdim edilib. Onlardan 200 –dən çoxu Müsabiqəyə qəbul edilib.
Hələlik daha çox sayt Bloqlar, Asudə vaxt, idman və əyləncə, Elm və təhsil, Xidmət(Servis) nominasiyaları üzrə qeydiyyatdan keçib. 80 sayt isə Müsabiqənin şərtlərinə uyğun gəlmədiyinə görə hələlik müsabiqəyə buraxılmamışdır.
Müsabiqəyə buraxılmamağın əsas səbəbləri isə əvvəlki illərdə olduğu kimi bu saytlarda qanunvericiliyə uyğun olmayan informasiyaların yerləşdirilməsi, müəllif hüquqlarının pozulması, Azərbaycan dili versiyasının olmaması və müsabiqənin logosunun indiyədək saytda yerləşdirilməməsi olub.
Təşkilat Komitəsi bildirir ki, Müsabiqənin şərtlərinə görə Müsabiqədə iştirakından imtina edilən saytlar imtina ilə bağlı səbəbləri aradan qaldırdıqdan sonra Müsabiqədə iştirakla bağlı yenidən müraciət edə bilərlər. Qeydiyyat prosesi başa çatanadək yenidən müraciət etmək mümkündür.
Toplantıda Müsabiqə iştirakla bağlı işlərin canlandırılması və bu məqsədlə bir daha Müsabiqə ilə bağlı məlumatların müxtəlif üsullarla yayılması, dövlət və korporativ resursların müsabiqəyə diqqətinin artırılması istiqamətində informasiya yönümlü tədbirlərin keçirilməsi vacib hesab edilib.
Təşkilat Komitəsi bir daha bildirir ki, qeydiyyat prosesinin 15 noyabr tarixdə başa çatdırılması nəzərdə tutulub. İlkin səsvermə 15 Noyabr tarixdə başlayacaq və hər Nominasiya üzrə Nominantlar müəyyən olunacaq. 15 dekabr tarixədək yekunlaşacaq sonuncu səsvermə prosesində Nominantlat arasından qaliblər seçiləcək.
Milli İnternet Mükafatının yekun Təqdimat mərasiminin dekabrın 2-ci ongünlüyündə keçirilməsi nəzərdə tutulub. Milli Net-2011 Müsabiqəsinə Azercell və DeltaTelekom şirkətləri dəstək verirlər.
11/11/11 Çap et