Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Avropada “5G” şəbəkəsi istifadəyə verilib


İsveçin "Swisscom" mobil rabitə operatoru Avropada ilk beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) kommersiya istifadəsinə verib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "DailyComm" resursuna istinadən yazır ki, bu, "5G" şəbəkələrinə qoşulmaq üçün mobil qurğular təqdim edən "Oppo" və "LG", infrastruktur quran "Askey" və "WNC", eləcə də "5G" komponentlər hazırlayan "Qualcomm" kimi tərəfdaşların dəstəyi ilə mümkün olub.

 

"LG" "5G" texnologiyası sahəsində öz liderliyinin genişləndirilməsinə xüsusi əhəmiyyət verərək yeni qurğular tətbiq edir və "Swisscom" kimi tərəfdaşlarla müştəriyönümlü əməkdaşlıq qurur. Avropada "5G" texnologiyasının kommersiyalaşdırılmasının sürətləndirilməsi üçün sıx əməkdaşlıq tələb olunacaq və "LG" "5G" servisi regionda geniş istifadə edilən zaman əsas oyunçulardan biri olmaq üçün çalışır", – "LG Electronics Mobile Communications" şirkətinin baş vitse-prezidenti və biznes bölməsinin rəhbəri Morris Li bildirib.

 

Öz növbəsində "Qualcomm" şirkətinin baş vitse-prezidenti Enriko Salvatori qeyd edib ki, "5G" şəbəkəsi Avropada planlaşdırıldığından bir il tez kommersiya istifadəsinə verilib.

 

"Ericsson" şirkətinin proqnozlarına görə, 2024-cü ilədək "5G" şəbəkələri dünya əhalisinin 40 faizinin məskunlaşdığı əraziləri əhatə edəcək, onlara qoşulmaların sayı isə 1,5 milyardı ötəcək.

 

Nizam Nuriyev






17/04/19    Çap et