Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google” şirkəti “Play Store” onlayn mağazasının təhlükəsizliyini gücləndirib


“Google” şirkəti “Play Store” onlayn mağazasının təhlükəsizlik siyasətində dəyişikliklər edib. Nəticədə zərərverici “Android” proqramlarının tərtibatçıları öz məhsullarını sözügedən mağazada daha dərc edə bilməyəcəklər. Məsələn, “Google” şirkəti “Android API” üçün yeni məhdudiyyətlər tətbiq edib və indi hər bir proqram “Play Store”də dərc edilməzdən öncə məcburi surətdə mürəkkəb yoxlamadan və təhlükəsizlik testlərindən keçməlidir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “securitylab.ru” saytına istinadən yazır ki, digər təkmilləşdirmələrə proqramların avtomatlaşdırılmış vasitələr tərəfindən deyil, insanlar tərəfindən yoxlanılmasını göstərmək olar. Bundan başqa, tərtibatçılar artıq “Android”in xidmətlərindən sui-istifadə edə bilməyəcəklər, proqramlar üçün bəzi xidmətlərə (məsələn, zəng və SMS jurnallarına) giriş əldə edilməsində məhdudiyyətlər tətbiq edilib.

 

Emil Hüseynov






17/04/19    Çap et