Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycan paytaxtında elektron su sayğaclarının quraşdırılmasına başlanılıb
“Azərsu” ASC Bakıda 24 mənzilə smart-kart tipli sayğaclar quraşdırıb. Bu barədə ASC-nin kommersiya departamentinin direktoru Xanvər Abasov bildirib.
Onun sözlərinə görə, bu sayğaclar pilot layihə kimi nəzərdə tutulur: “Sayğaclar quraşdırıldıqdan sonra həmin mənzillərdə yığım səviyyəsi 100%-ə çatıb. “Azərsu” gələcəkdə bu sayğacların quraşdırılması prosesini həyata keçirmək niyyətindədir. Lakin bununla bağlı hələlik konkret qərar yoxdur”.
X.Abasov qeyd edib ki, ödəniş prosesinin asanlaşdırılması üçün nəzarətçilərə 20 ədəd terminal ayrılıb: “Terminalın hər birinin qiyməti 1000 manat təşkil edir. Gələcəkdə onların sayının artırılması gözlənilir”.
12/11/11 Çap et