Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Amerika hərbçiləri yeni tip kəşfiyyat robotunu test edəcək
Amerika hərbçiləri yaxın vaxtlarda yeni tip kəşfiyyat robotunu yoxlamağa başlayacaqlar. Bu robot divara dırmaşmağa, pəncərələrdən keçməyə qadirdir. “Sand Flea” adlandırılan yeni robot 4 təkərdən ibarətdir, çəkisi təxminən 5 kq-dır və o, 2 metrə qədər hündürlüyü olan maneələri tullanıb keçməyi bacarır.
Robotun işini bazada quraşdırılmış reaktiv yanacağın güclü tullaması təmin edir. Reaktiv yanacağın formulu sirr saxlanılır. Robot porşenin hesabına müəyyən bucaq altında düz hoppana bilər.
“Bu robotun əsas vəzifəsi hərbi kəşfiyyatdır" - robotun tərtibatçılarından biri və ABŞ-da Sandiya laboratoriyasının texniki mütəxəssisi Con Salton bildirib.
12/11/11 Çap et