Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Masallının mərkəzi ATS-i NGN texnologiyası ilə qurulacaq


Masallının mərkəzi stansiyası NGN texnologiyası əsasında tamamilə yenidən qurulacaq. Bu barədə ”Aztelekom”İB-nin baş direktorunun birinci müavini, texniki direktor Zahir Vəliyev bildirib.

Onun sözlərinə görə, birlik mərkəzlə yanaşı, daha bir kənd ATS-ni yeni texnologiya əsasında qurmağı planlaşdırır. Baş direktor müavini ilin sonunadək texniki avadanlıqların yeni tikilmiş binaya yerləşdiriləcəyini dedi.

“Binada qurulacaq NGN texnologiyalı ATS əhaliyə mükəmməl rabitə xidməti ilə yanaşı, bütün multimedia xidmətlərindən istifadə imkanı verəcək. Əhalinin daha sıx məskunlaşdığı rayon üçün bu sərfəli olacaq”.

Xatırladaq ki, bu il fevralın 7-də rayonun telekommunikasiya qovşağının 4 mərtəbəli binasında güclü partlayış baş vermişdi. Partlayış nəticəsində ATS binası istifadəyə yararsız vəziyyətə düşmüşdü.




12/11/11    Çap et