Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Huawei AirEngine” brendi ilə “Wi-Fi 6” standartlı qurğular buraxılacaq


Çinin “Huawei” telekommunikasiya nəhəngi “Wi-Fi 6” standartına uyğun korporativ sinifli məhsulların buraxılacağı yeni “AirEngine” brendini təqdim edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “SecurityLab www.securitylab.ru” resursuna istinadən yazır ki, “Wi-Fi” simsiz şəbəkələrinin gələcək təkamülünü nəzərdə tutan “Wi-Fi 6” və ya “802.11ax” standartı şəbəkənin yüklənilmiş efir şəraitində fəaliyyətinin spektral səmərəliliyini yaxşılaşdıracaq və “802.11ac Wave-2” standartı ilə müqayisədə nəzəri buraxılış qabiliyyətini 2 dəfə artıracaq.

 

“Huawei” nümayəndələrinin sözlərinə görə, virtual və əlavə reallıq servislərinin, eləcə də yüksək təsvir ölçüsünə malik video platformalarının sürətli inkişafı dövründə “Wi-Fi” infrastrukturunun yükü durmadan artır. Bu səbəbdən simsiz şəbəkələrə məlumatların buraxılış qabiliyyəti və yubanması baxımından daha çox tələblər irəli sürülür.

 

Məlumata görə, “AirEngine” brendli avadanlıq “Wi-Fi” texnologiyası üzrə internetə yüksəksürətli çıxışın təşkilində kömək edəcək. Yeni nəsil qurğuların korporativ sinifli servislərin rəqəmli transformasiyasını sürətləndirməyə imkan verəcəyi bildirilir.

 

Bundan başqa, “Huawei AirEngine” avadanlığı İT sahəsinin ən son yeniliklərindən istifadə edən şirkətlərə yeni biznes platformalarının qurulması və inkişafında kömək edəcək.

 

Nizam Nuriyev






24/04/19    Çap et