Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Snapchat” messencerinin auditoriyası yenidən artmağa başlayıb


“Snapchat” messencerinin auditoriyası şəxsi şounun istifadəyə verilməsi və “Android” üçün proqramın yenilənməsi nəticəsində artmağa başlayıb. Bu haqda "Röyters" informasiya agentliyi məlumat verib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, 2019-cu il martın sonuna olan məlumata görə, 190 milyon istifadəçi gün ərzində ən azı bir dəfə “Snapchat” messencerinə daxil olur. 3 ay bundan əvvəl bu göstərici 186 milyon olub. Lakin 2018-ci ilin birinci rübündə sözügedən messencerin auditoriyası 191 milyona bərabər idi.

 

2019-cu ilin yanvar-mart aylarının nəticəsinə görə, “Snapchat” xidmətinə malik “Snap” şirkəti 320,4 milyon dollar məbləğində gəlir qazanıb ki, bu da ötən illə müqayisədə 39% daha çoxdur.

 

Emil Hüseynov






24/04/19    Çap et