Ümumdünya Səhiyyə Təşkilatının ekspertləri cihazların uşaqların sağlamlığına təsirini araşdırıblar və uşaqların kompüter, planşet və ya smartfon qarşısında keçirə biləcəyi vaxtı səsləndiriblər. Bu haqda araşdırmanın nəticələrinə istinadən “The New York Post” qəzeti məlumat verib.
“ICTnews” Elektron Xəbər Xidməti “life.ru” saytına istinadən yazır ki, məlumata görə, 2 yaşadək körpələr cihazlar qarşısında ümumiyyətlə vaxt keçirməməli, 2-5 yaşlı uşaqlar isə gündə 1 saat keçirə bilərlər.
Məlum olub ki, belə qaydalar oturaq həyat tərzi ilə bağlı uşaq piylənməsi, həmçinin başqa xəstəliklərin qarşısını ala bilər.
Emil Hüseynov