Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Facebook”da sorğuların aparılması üçün əlavələrin işi məhdudlaşdırılacaq


"Facebook" administrasiyası sosial şəbəkədə istifadəçinin şəxsi məlumatlarının alınması üçün nəzərdə tutulan əlavələrin fəaliyyətinə məhdudiyyətlərin tətbiqinə başlayıb. Bu barədə CNN telekanalı məlumat verib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "Rambler" resursuna istinadən yazır ki, məlumata görə, bu düzəliş "Facebook" ilə əməkdaşlıq edən proqram təminatı tərtibatçıları üçün qaydalara edilib. Yeni normalara görə, qeyd olunan əlavələrin sosial şəbəkədə fəaliyyət göstərməsi qadağan ola bilər.

 

"Facebook" nümayəndəsi telekanala açıqlamasında bildirib ki, həmin əlavələr tam qadağan edilməsə də, onlar sosial şəbəkə mütəxəssisləri tərəfindən diqqətlə yoxlanılacaq. Bunun hansı kriterilər üzrə həyata keçiriləcəyi barədə məlumat verilmir.

 

Qaydalara, həmçinin, mobil əlavələr tərəfindən müxtəlif istifadəçi informasiyasının tətbiqi üçün icazələrə aid əlavə bəndlər daxil edilib. Yeni normalara əsasən, əlavə tərəfindən istifadəçinin tətbiqinə icazə verdiyi məlumatlar 90 gün ərzində istifadə edilmədiyi halda müvafiq saziş ləğv edilir.

 

Nizam Nuriyev






27/04/19    Çap et