Yeni qabaqcıl “Sony Xperia 2” smartfonu “OLED” və “IPS” matrisası ilə seçilən iki variantda buraxılacaq.
“ICTnews” Elektron Xəbər Xidməti “Gagadget” resursuna istinadən yazır ki, hər iki model 6 düym diaqonallı 21:9 nisbətli “CinemaWide” ekran, 6 giqabayt operativ, 128 giqabayt quraşdırılmış yaddaş, 3200 milliamper/saat tutumlu akkumulyator və 3 kamera (12 meqapikselli 3 modul) ilə təchiz ediləcək.
Bundan başqa, simsiz enerjidoldurma funksiyasını dəstəkləməyəcək “Sony Xperia 2” smartfonu 7 nanometrlik “Qualcomm Snapdragon 855” prosessoruna malik olacaq.
Qiyməti 800-900 dollar təşkil edəcək “Sony Xperia 2” smartfonunun təqdimatı sentyabrın 6-11-də Berlində keçiriləcək “IFA 2019” sərgisində planlaşdırılır.
Nizam Nuriyev