Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Mozilla Firefox 9” səyyahının beta-versiyası çıxıb


“Mozilla Firefox” tərtibatçıları səyyahın 9-cu versiyasının beta-versiyasını təqdim ediblər. Yeniliyi artıq “Firefox”-un rəsmi saytından yükləmək və test etmək mümkündür. Tərtibatçıların məlumatına əsasən, yeni versiyada “JavaScript” məhsuldarlığında bəzi təkmilləşdirmələr edilib.

“Firefox 9” beta-versiyasının təsvirindən aydın olduğu kimi, yeni səyyah “Mac OS X Lion” əməliyyat sistemini tamamilə dəstəkləyən yenilənmiş interfeys əldə edib. Səyyahda nişan və alətlər paneli yenidən yaradılıb.

Bundan əlavə, “Firefox 9” beta-versiya “Type-interfeys” dəstəklənməsini əldə edib. Həmçinin, “DoNotTrack” texnologiyası mexanizmi yenilənib; bu mexanizm istifadəçilərə veb- saytlar tərəfindən izlənilmədən imtina etməyə imkan yaradır.

Nəhayət, “Firefox 9” beta-versiyasının son əhəmiyyətli yeniliyi “Chunked XHR” sorğularının dəstəklənməsidir. “XHR” (XMLHttpRequest) texnologiyası “JavaScript” kimi skript dilləri üçün “APİ” təşkil edir.

“XHR” texnologiyası səyyaha verilənlərin göndərilməsi üçün “HTTP” və ya “HTTPS” protokollarından istifadə edir. “XHR” texnologiyası təcrübədə “Gmail”, “Google Maps” və “Facebook” kimi layihələrdə istifadə olunur.




14/11/11    Çap et