Hazırda "Wi-Fi" texnologiyası çox yüksək sürəti təmin edir. Ancaq sözügedən texnologiyanın mənfi tərəfləri də var, mütəxəssislər məhz bunu aradan qaldırmağa səy göstərirlər. Variantlardan biri "Li-Fi" sistemidir: siqnalın görünən işıq diapazonunda ötürülməsi. Başqa variant isə lazer texnologiyasına əsaslanır.
"ICTnews" Elektron Xəbər Xidməti "news.rambler.ru" saytına istinadən yazır ki, Harvard Texniki və Tətbiqi Elmlər məktəbinin mütəxəssisləri mikrodalğalı radiosiqnalların göndərilməsi və qəbulu üçün yarımkeçirici lazer texnologiyası tətbiq ediblər ki, bu da məlumatların ötürülmə sürətini son dərəcə yüksəltməyə imkan verəcək.
Məsələ ondadır ki, lazer siqnalı bir tezlikdə ötürür.
Güman edilir ki, gələcəkdə bu texnologiya teraherzlik radiorabitənin yaradılmasına kömək edəcək.
Emil Hüseynov