Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yeni növ işıq diodları displeylərin təsvir ölçüsünü 3 dəfə artıracaq


Dünyanın bir neçə universitetində işləyən alimlərin birgə işi öz rəngini müstəqil dəyişdirə bilən işıq diodları yaratmağa imkan verib. Bu, qeyri-mümkün görünürdü, çünki işıq diodu lampalarının rəngi onda istifadə edilən yarımkeçirici materialdan birbaşa asılıdır, amma yeni tərkib sayəsində işıq diodları onlara verilən elektrik gərginliyindən asılı olaraq rənglərini dəyişdirməyə başlayıblar. Yeni kəşf bundan əvvəl təsəvvür edilməsi mümkün olmayan təsvir ölçülü displeylərin yaradılması üçün əsas ola bilər.

 

“ICTnews” Elektron Xəbər Xidməti “hi-news.ru” saytına istinadən yazır ki, yeni həll 2 kimyəvi elementdən ibarətdir: avropium və qallium nitrid. Bu kimyəvi elementlər işıq diodunun rəngini asanlıqla dəyişdirməyə imkan verir. Məlumata görə, işıq diodlarının sayını 3-dən 1-ə azaltmaqla istehsalçılar öz qurğularının dəyərini xeyli azalda biləcəklər. Maraqlıdır ki, yeni texnologiyadan istifadə nəticəsində hazırlanmış televizorlarda pikselləri ayırd etmək mümkün olmayacaq.

 

Emil Hüseynov






01/05/19    Çap et