Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycanda rabitəçilərin orta aylıq əmək haqları 10% artıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan rabitəçilərinin orta əmək haqqı ötən ilin analoji dövrünə nisbətən təxminən 10% artıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, hesabat dövründə informasiya və rabitə müəssisələrində işləyənlərin sayı 24,6 min nəfər, bir işçinin orta aylıq əmək haqqı isə 567,2 manat olub: «Bu isə ötən ilin ilk doqquz ayı ilə müqayisədə 9,7% çoxdur».
14/11/11 Çap et