Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Qarabağın cənubunda və Mil-Muğan bölgəsində rəqəmli TV yayımı təmin edildi


“Teleradio”İB ölkədə rəqəmli televiziya yayımının təmin edilməsi məqsədilə Füzuli rayonunun Əhmədbəyli kəndində və İmişlidə televiziya stansiyalarında avadanlıqları istismara verib. Bu, Qarabağın cənub hissəsində və Mil-Muğan bölgəsində yayımın təmin edilməsi deməkdir.

Bu barədə “İCTnews”-a Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Teleradio” İB-nin texniki direktoru Mikayıl Abbasov bildirib. Onun sözlərinə görə, hal-hazırda Cəlilabad və İvanovka stansiyalarında uyğun avadanlıqlar qurulur.

Texniki direktor ilin sonunadək bütün Azərbaycan ərazisinin rəqəmli televiziyanın əhatə dairəsinə qatılacağını qeyd edərək hazırda yayımın Bakı və Abşeron yarımadası ilə yanaşı, Gəncə, Şirvan, Lerik, Ağsu stansiyaları vasitəsilə adıçəkilən şəhər və rayonlarla yanaşı, ətraf rayonları da əhatə etdiyini xatırladıb.






14/11/11    Çap et