Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dünyada ən populyar brauzer məlum olub


Cari ilin aprel ayının yekununa görə, “Google Chrome” brauzerlər bazarında liderliyini saxlamağa davam edir. Bu haqda “Net Applications” şirkətinə istinadən “Regnum” agentliyi məlumat verib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “iz.ru” saytına istinadən yazır ki, 2019-cu ilin aprelində “Google” şirkətinin “Chrome” veb-brauzeri dünyadakı kompüterlərin 65,64%-nə quraşdırılıb. “Mozilla Firefox” brauzerinin bazar payı 10,23%, “Microsoft”un “Internet Explorer” və “Edge” brauzerlərinin payı isə müvafiq olaraq 8,44% və 5,53% təşkil edib.

 

Emil Hüseynov






03/05/19    Çap et