Çinin “Sogou” internet-axtarış sistemi virtual xəbər aparıcısının işlənib hazırlanması nəticəsində çox populyarlaşıb. İlk belə hazırlama ötən ilin noyabrında "Sinxua" agentliyinin telekanalında nümayiş etdirilib. Martda süni intellekt kollektivinə Sin Syaomen adlı virtual xanım da qoşulub. İndi “Sogou” süni intellekt texnologiyasına əsaslanan televiziya aparıcılarını başqa ölkələrə ixrac etmək niyyətindədir.
“ICTnews” Elektron Xəbər Xidməti “hightech.plus” saytına istinadən yazır ki, ilk müştəri Birləşmiş Ərəb Əmirlikləri olub. “South China Morning Post” nəşri yazır ki, Çinin internet-nəhəngi dünyada ilk ərəbdilli virtual xəbər aparıcısının işlənib hazırlanması üçün BƏƏ-nin dövlət televiziyası ilə müqavilə bağlayıb.
Çin 2030-cu ilədək süni intellekt sahəsində liderliyə nail olmağa çalışır və virtual televiziya aparıcısının işlənib hazırlanması texnoloji inkişafın yalnız bir nümunəsidir.
Emil Hüseynov