Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Apple” şirkəti “ağıllı” saat satışına görə lider olub


Cari ilin birinci rübündə “ağıllı” saat bazarında tədarük həcmi əvvəlki analoji dövrlə müqayisədə 48% yüksəlib. “Apple Watch” sözügedən bazarın lideri olub.
 
“ICTnews” Elektron Xəbər Xidməti “ferra.ru” saytına istinadən yazır ki, “ağıllı” saat tədarükünün ümumi həcminin 35,8%-i “Apple Watch”ın payına düşür. Eyni tendensiya ötən ilin birinci rübündə də müşahidə olunmuşdu.
 
“Samsung” şirkəti “ağıllı” saatın tədarük həcminə (11,1%) görə ikinci yerdə qərarlaşıb. “Imoo” brendi üçüncü yeri tutub.
 
Emil Hüseynov




04/05/19    Çap et