Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Apple” şirkəti “iPhone 6” smartfonunun istehsalını dayandırıb


“Apple” şirkəti “iPhone 6” istehsal xəttinin istehsalını dayandırmağa dair qərar verib. Bu haqda Çin mətbuatı məlumat verib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “news.rambler.ru” saytına istinadən yazır ki, 2014-2016-cı illərdə təqdim edilmiş “iPhone 6”, “iPhone 6 Plus”, “iPhone 6s”, “iPhone 6s Plus” və “SE” qurğularının istehsalını dayandırmaq planlaşdırılır. Şirkət ümumilikdə təxminən 250 milyon “iPhone 6” və onun başqa variantlarını satıb. Bu istehsal xətti şirkətin ən çox satılan cihazları olub.

 

Son illərdə “iOS” əməliyyat sisteminin sistem tələblərinin yüksəlməsi şirkəti “iPhone 6” smartfonunun istehsalını dayandırmağa məcbur edib.

 

Emil Hüseynov






07/05/19    Çap et