Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Ağdamın Çıraqlı kəndi simsiz rabitənin əhatə dairəsindədir
Çıraqlı Ağdamın bəlkə də yeganə kəndidir ki, üç tərəfdən ermənilərin əhatəsində qalıb. Bu kəndin qarşı tərəfindəki Şıxlar, Gülçülük sovxozu və Qərvənd kəndləri erməni işğalındadır.
Buna baxmayaraq, Ağdamın adıçəkilən kəndi CDMA simsiz stasionar rabitənin əhatə dairəsindədir. Ağdam TKQ-nın rəisi Hümbət Mustafayev “ictnews”-a bildirib ki, tədbirlər planına uğun olaraq Çıraqlı kəndində yeni EATS qurulmalı olsa da, bunun üçün müvafiq yer olmayıb.
O, Çıraqlı ilə qonşu olan Əhmədağalı kəndində yeni EATS-in qurulacağını və bu ATS-dən də Çıraqlı kəndinin telefonlaşdırılacağını da qeyd edib. “ Biz ərazidə məskunlaşan bütün sakinlərə CDMA telefon xidmətindən istifadə etməyi təklif etmişik”- deyə rəis bildirib.
14/11/11 Çap et