Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dördnüvəli prosessorla təchiz edilmiş planşet


Hələ ki “HTC” şirkətinin portfoliosunda yalnız 2 – “Flyer” və “Jetstream” planşetləri var. Birinci beynəlxalq bazarda uzun müddətdir ki mövcuddur, ikinci isə yalnız ABŞ bazarı üçün nəzərdə tutulub. “DigiTimes” nəşrinin məlumatına əsasən, 2012-ci ilin fevralında Tayvan istehsalçısı dördnüvəli prosessorla təchiz edilmiş planşet təqdim edəcək.

Yenilik, “Android 4.0” əməliyyat sistemi əsasında işləyəcək. Dünyada dördnüvəli prosessorla təchiz edilmiş ilk planşeti keçən həftə “ASUS” şirkəti təqdim edib. Qurğu “NVİDİA Tegra 3” platformasına əsaslanır və cari ilin sonuna kimi satışa çıxarılacaq.




14/11/11    Çap et