Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İlk ikiekranlı planşet təqdim olunacaq


“Epad” şirkəti iki ekrana malik ilk “Epad X” planşetinin təqdimatına hazırlaşır.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Rambler” resursuna istinadən yazır ki, “Android” əməliyyat sisteminin idarəetməsi ilə işləyəcək yeni qurğu müvafiq olaraq ön və arxa tərəflərdə 9,7 düym diaqonallı rəngli maye-kristal (2408 x 1536 piksel), eləcə də ağ-qara (1200 x 825 piksel) ekranla təchiz ediləcək. Vəsait toplanışı saytı sayəsində istehsal üçün pul yığmağı planlaşdıran tərtibatçılar ilkin prototipi bu yaxınlarda keçirilən sərgidə nümayiş etdiriblər.

 

Planşetin qiyməti və buraxılış tarixi barədə məlumat verilməsə də, artıq texniki spesifikasiyaları açıqlanıb. Belə ki, “Epad X” planşeti “MediaTek MT8176” prosessoru, 2 giqabaytlıq operativ və 32 giqabaytlıq quraşdırılmış yaddaş, eləcə də “microSD” kartı üçün çıxışla təchiz olunacaq.

 

Bir ekrandan digərinə keçmə mexaniki düymə vasitəsilə həyata keçiriləcək. Bundan əlavə, qurğu “USB Type-C” portu, 5 milliamper/saat tutumlu akkumulyator, “Wi-Fi”, “Bluetooth” və “GPS” adapterlərinə malik olacaq.

 

Nizam Nuriyev






10/05/19    Çap et