Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Telegram”da yeni funksiya istifadəyə verilib


“Telegram” istifadəçiləri üçün yeni funksiya əlçatan olub. İndi sözügedən messencerin istifadəçiləri köhnə çatları arxivləşdirmək imkanına malikdirlər. Bu barədə messencerin yaradıcısı Pavel Durov məlumat verib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “iz.ru” saytına istinadən yazır ki, "Telegram messencerinin cari yeniləməsi aktuallığını itirən çat və hadisələri “Arxiv” qovluğuna yerləşdirməyə imkan verəcək” – o, “@durov_russia” kanalında yazıb.

 

İndiyədək “Telegram” messencerində artıq çat və ya yazışmaları gizlətməyə imkan verən funksiya yox idi, onları yalnız silmək mümkün idi.

 

Emil Hüseynov






13/05/19    Çap et