Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Intel”in prosessorları ilə işləyən milyonlarla kompüter təhdid altındadır


2011-ci ildən sonra çıxarılmış bütün “Intel” prosessorlarında “ZombieLoad” adlı boşluq tapılıb. Sözügedən boşluqdan istifadəçilərin məlumatını oğurlamaq üçün istifadə etmək mümkündür. “Intel” rəhbərliyi bu məlumatı təsdiq edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, hücum “Intel” çipinin mikrokodunda aşkar edilmiş 4 səhvin köməyi ilə həyata keçirilir. Boşluq 2018-ci ildə aşkar edilmiş “Meltdown” və “Spectre”i xatırladır.

 

"ZombieLoad hücumu məxfi məlumatları və açarları oğurlamağa imkan verir” – boşluğu aşkar etmiş tədqiqatçılar yazırlar. Bu, istifadəçinin fərdi məlumatları (brauzerin tarixçəsi, veb-saytların tərkibi, parollar), həm də sistem məlumatları (diskin şifrlənmə açarları) ola bilər.

 

“Apple”, “Microsoft” və “Google” şirkətləri artıq bu boşluğu aradan qaldıran yeniləmələr çıxarıblar.

 

Emil Hüseynov






16/05/19    Çap et