Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Doktorant və dissertantlara İnternet üzərindən videokonfrans sistemi vasitəsilə distant mühazirələrə start verilib


11 noyabr 2011-ci il tarixdə AMEA İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzində Naxçıvanda fəaliyyət göstərən doktorant və dissertantlara İnternet üzərindən videokonfrans sistemi vasitəsilə distant mühazirələrə start verilib.

İlk dərsdə İTİ-nin baş mühəndisi, texnika elmləri üzrə fəlsəfə doktoru Rəşid Ələkbərov kompyuter texnologiyaları, onların inkişaf mərhələləri və perspektivləri haqqında ətraflı məlumat verib. Canlı dialoq şəklində keçirilən dərs böyük maraqla dinlənilib, suallar cavablandırılıb




14/11/11    Çap et