Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“WhatsApp” istifadəçiləri növbəti fişinq hücumu ilə üzləşiblər


“Eset” antivirus istehsalçısı “WhatsApp” istifadəçilərinə qarşı həyata keçirilən fişinq hücumu haqda məlumat verib. Cinayətkarlar “Spotify” musiqi xidmətinə illik abunədən tələ kimi istifadə edərək pul qazanmağa çalışırlar.

 

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, “WhatsApp” istifadəçilərinə “Spotify” xidmətinin premium abunəçisi olmaq təklifindən ibarət mesaj göndərilir. Linkdə göstərilmiş ünvana keçid edən istifadəçi xüsusi anketdən ibarət fişinq saytına daxil olur. Portalın interfeysi və URL-ünvanı “Spotify” xidmətinin rəsmi saytını xatırladır.

 

Anketi doldurduqdan sonra qurbana linki kontakt siyahısındakı 30 “WhatsApp” istifadəçisinə göndərmək tələb olunur və guya bundan sonra premium-hesab aktivləşləcək.

 

Ekspertlərin məlumatına görə, zərərverici kampaniya Latın Amerikasında yaşayan sakinləri hədəf alıb.

 

Emil Hüseynov






17/05/19    Çap et