Beşinci nəsil şəbəkəsini dəstəkləyən ilk kommersiya smartfonu “Huawei Mate 20 X” (5G) Londonda təqdim edilib. İyunda isə Böyük Britaniyada sözügedən qurğunun satışına başlanılacaq.
“ICTnews” Elektron Xəbər Xidməti “iz.ru” saytına istinadən yazır ki, qurğu yeni 7,2 düymlük displeyə malikdir və “Kirin 980” qabaqcıl prosessoru, həmçinin “Leica” obyektivinə malik üç kamera ilə təchiz edilib.
“Balong 5000” smartfonuna quraşdırılmış “5G” modem mobil məlumatları saniyədə 6,5 qiqabitədək sürətlə göndərməyə imkan verir.
Yeni rabitə şəbəkəsi “Vodafone” operatoru tərəfindən ilk öncə 7 şəhərdə istifadəyə veriləcək: London, Birminhem, Bristol, Kardif, Qlazqo, Mançester və Liverpul.
Emil Hüseynov