Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Apple” öz “5G” modemini hazırlamağı planlaşdırır


“Apple” korporasiyası öz “5G” modemini (mobil qurğuların mobil şəbəkələrə qoşulması üçün çip) hazırlayır. Ancaq ABŞ şirkəti bu məsələyə xeyli vaxt sərf etməli olacaq.
 
“The Information” nəşri öz mənbələrinə istinadən yazır ki, “Apple” yalnız 2025-ci ilə öz modemini işləyib hazırlaya biləcək. Sözsüz ki şirkət “iPhone” smartfonuna beşinci nəsil şəbəkə dəstəyini əlavə etmək üçün 6 il gözləyə bilməz, buna görə hələ ki kənar istehsalçıların həllərindən istifadə etməli olacaq.
 
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, məlumata görə, “Intel” şirkəti 2020-ci ildə istifadəyə veriləcək “iPhone” modeli üçün yeganə “5G” modem tədarükçüsü kimi nəzərdən keçirilirdi, ancaq şirkət çip nümunələrini vaxtında təqdim etməyə müvəffəq olmayıb.
 
“Apple” 2019-cu ilin aprelində bağlanmış saziş çərçivəsində smartfonlar üçün modemləri “Qualcomm” şirkətindən satın alacaq. Eyni zamanda “Intel” telefonlar üçün “5G” modemlərin hazırlanmasının dayandırılması haqqında məlumat verib. İndi “Intel” korporasiyası bu biznesini satmaq imkanını nəzərdən keçirir, “Apple” isə onu satın almaq istəyir.
 
Emil Hüseynov





18/05/19    Çap et