Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Gələcəyin nəqliyyatı reallığa çevrilir


Uçan taksinin işlənib hazırlanması ilə məşğul olan Almaniyanın “Lilium” startapı elektrik mühərriki ilə işləyən 5 nəfərlik “Lilium Jet” adlı uçan aparatın ilk sınaqları haqqında məlumat verib. Bu haqda “The Verge” nəşri yazıb.
 
“ICTnews” Elektron Xəbər Xidməti “hi-tech.mail.ru” saytına istinadən yazır ki, şirkət tərəfindən dərc edilmiş çarxda sürücüsüz idarə olunan “Lilium Jet” aparatının şaquli şəkildə havaya qalxması nümayiş etdirilib. Aeromobil havaya qalxdıqdan sonra qısa müddət havada qalaraq uğurla yerə enib.
 
“Lilium” startapı 2025-ci ildə öz xidmətini istifadəyə verməyi planlaşdırır, buna görə startapın sınaqlar üçün kifayət qədər vaxtı var. Sürücüsüz idarə olunan uçan aparatın 300 km-dək məsafəni qət edə biləcəyi gözlənilir.
 
Lakin şirkət “Lilium Jet” uçan aparatında həmişə pilot olacağını nəzərə alır. İndi “Lilium” startapı Avropa Aviasiya Təhlükəsizliyi Agentliyində (EASA) 5 nəfərlik hava taksisinin sertifikatlaşdırılması prosesindədir. Startap, həmçinin ABŞ Mülki Aviasiyasının Federal İdarəsi ilə müqavilə bağlamaq niyyətindədir.
 
Emil Hüseynov




18/05/19    Çap et