ABŞ-ın “Facebook” şirkəti İsveçrədə maliyyə və texnoloji xidmətlərin göstərilməsində ixtisaslaşacaq törəmə təşkilat təsis edib. Bu barədə “Reuters” agentliyi Cenevrə kommersiya təşkilatları reyestrinə istinadən məlumat verib.
“ICTnews” Elektron Xəbər Xidməti “Regnum” resursuna istinadən yazır ki, təsisçisi qismində “Facebook Global Holdings”in çıxış etdiyi “Libra Networks” şirkəti mayın əvvəlində Cenevrədə qeydiyyatdan keçib. Yeni “Facebook” törəmə şirkəti elektron ödəniş sistemləri, blokçeyn texnologiyaları, eləcə də məlumat analizi və aparat və proqram təminatının hazırlanması ilə məşğul olacaq.
Ayın əvvəlində “The Wall Street Journal” nəşri sahə üzrə mənbələrə istinadən məlumat verib ki, “Facebook” şirkəti elektron ödəniş sisteminin yaradılması və onun eyniadlı sosial şəbəkəyə tətbiqi üzərində çalışır.
Nizam Nuriyev