ABŞ Silahlı Qüvvələri hərbi və mülki elektronikanın məhvi üçün döyüş başlığı ilə təchiz edilən 20 raket quraşdırıb. Raket güclü mikrodalğalardan istifadə edərək hərbi potensialı tələfat olmadan məhv edir. Nəticədə aparaturanın elektron proqram təminatı dağıdılır, bina və tikililər isə toxunulmaz qalır.
"ICTnews" Elektron Xəbər Xidməti "Regnum" resursuna istinadən yazır ki, döyüş başlığı elektron əleyhinə yüksəktezlikli raket layihəsi (Counter-Electronics High Power Microwave Advanced Missile Project – CHAMP) kimi tanınır. Sınaqları 2012-ci ildə keçirilən raketlər "Boeing Phantom Works" şirkəti tərəfindən ABŞ Silahlı Qüvvələrinin tədqiqat laboratoriyaları üçün hazırlanıb. Hazırda sistem silahlanmaya qəbul edilib.
Yüksəktezlikli faydalı yükə malik döyüş başlığı təyinat nöqtəsinə B-52 strateji bombardmançılarının daşıdığı qanadlı raket vasitəsilə çatdırılır.
Nizam Nuriyev