Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Avropanın smartfon bazarının həcmi 20% azalıb


2019-cu ilin birinci rübündə Avropanın smartfon bazarının həcmi ötən üç ayla müqayisədə 20%, ötən illə müqayisədə isə 3% azalıb. “Counterpoint Technology Market Research” şirkətinin analitiklərinin məlumatı buna sübutdur.

 

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, analitiklər satılmış qurğuların sayını açıqlamır və yalnız dinamikanı göstəriblər. Qərbi Avropada smartfonların satışı illik hesablama üzrə 6% azalıb. Rusiya, Çexiya, Türkiyə və Polşada güclü telefon satışı sayəsində cüzi artım qeydə alınıb.

 

"Smartfonlar bazarının həcminin azalması qurğuların yenilənməsi dövrünün uzanması və yeni modellərdə innovasiyaların yoxluğu ilə izah edilir. Bundan başqa, bəzi istifadəçilər “5G” xidmətlərini gözləyirlər. Avropada “Swisscom” və “Sunrise” kimi operatorlar tərəfindən hazırlanan “5G” şəbəkələrinin kommersiya istismarına başlanılır. Ancaq biz hesab edirik ki, 2019-cu ildə “5G”-nin smartfonlar bazarına təsiri cüzi olacaq" – “Counterpoint Technology Market Research”in tədqiqatlar üzrə direktoru Piter Riçardson deyib.

 

2019-cu ilin birinci rübündə regionda smartfon satışlarının təxminən 31%-i “Samsung”un payına düşüb. 21% göstəriciyə malik “Apple” korporasiyası liderlər üçlüyündə qərarlaşıb.

 

Emil Hüseynov






22/05/19    Çap et