Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“WhatsApp” reklam nümayişinə başlamağı planlaşdırır


"WhatsApp" messencerinin sahibi "Facebook" şirkəti reklam nümayiş etdirməklə sözügedən xidmətdən pul qazanmağı planlaşdırır.

 

"ICTnews" Elektron Xəbər Xidməti "hi-tech.mail.ru" saytına istinadən yazır ki, "WhatsApp" messencerində istifadəçilər üçün statuslarda reklam nümayiş etdirilməsi düşünülür. Bu barədə Rotterdamda keçirilmiş "Facebook Marketing Summit" tədbirinin gedişində xidmətin nümayəndələri məlumat veriblər.

 

"WhatsApp" messencerinin statusları "Instagram" ilə demək olar eynidir və sonuncuda artıq reklam nümayiş etdirilir. Hər iki xidmətdə kommersiya təklifləri eyni cür işləyəcək.

 

Emil Hüseynov






23/05/19    Çap et