Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Yeni 16 nüvəli prosessorların satışına başlanılıb
“Advanced Micro Devices” (AMD) şirkəti server istifadəsi üçün pərakəndə satış bazarında 6200 seriyalı “AMD Opteron” adlandırılan qabaqcıl “İnterlagos” prosessorlarının tədarükünə başlayır.
“AMD”-nin bildirdiyinə görə, yeni 16 nüvəli çiplər kütləvi server bazarı üçün ən məhsuldar olan “x86” çipləridir. İstehsalçının ölçülərinə görə, yeni çiplər əvvəlki 12 nüvəli “Opteron 6100” prosessorlarından 25-30 faiz daha məhsuldardır.
Gələn həftə server avadanlığı üzrə aparıcı istehsalçılar “İnterlagos” bazası əsasında serverlərin istehsalına və satışına başlayacaqlar. Bazarda müvafiq məhsulları ilk təqdim edən istehsalçılar arasında “Hewlett-Packard”, “Dell”, “Cray” və “Acer” şirkətlərinin adı çəkilir.
Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, artıq bu gün “HP” korporasiyası “İnterlagos” prosessorları bazası əsasında “hesablama nüvələrinin yerləşməsinin yüksək sıxlığı ilə seçilən” “HP ProLiant” yeni dayaq serverlərini nümayiş etdirib.
“AMD”-nin təqdim etdiyi 6200 seriyalı beş çipin takt tezliyi 1,6 giqahersdən 2,6 giqahersədək diapazonda, qiymətləri isə bir prosessor üçün 523 dollardan 1019 dollar aralığında dəyişir. Sözügedən yeni məhsullar 85 vatdan 140 vatadək elektrik enerjisi sərf edir.
15/11/11 Çap et